“Rusiyada azərbaycanlıları özümüz öldürürük” – Deputat
"Araşdırmalara görə, İslam təəssübü ilə yaradılmış radikal dinçilərin “Əl-Qaidə”, İŞİD, “Taliban”, “Hizbullah”, “”Əş-Şahab”, “Boko-Haram” kimi qruplaşmaları terror aktlarının yalnız 2 faizini xristian, buddist ölkələrində və İsraildə gerçəkləşdiriblər, 98 faizi isə birbaşa İslam ölkələrində icra edilib. Bu da o deməkdir ki, yəhudilərin, xristianların və buddistlərin öldürdüyü müsəlman sayı təqribən bu nisbətdə düşünülə bilər!" Bunu millət vəkili Fazil Mustafa deyib.
31 May 2018 13:06 Siyasət"Araşdırmalara görə, İslam təəssübü ilə yaradılmış radikal dinçilərin "Əl-Qaidə", İŞİD, "Taliban", "Hizbullah", ""Əş-Şahab", "Boko-Haram" kimi qruplaşmaları terror aktlarının yalnız 2 faizini xristian, buddist ölkələrində və İsraildə gerçəkləşdiriblər, 98 faizi isə birbaşa İslam ölkələrində icra edilib. Bu da o deməkdir ki, yəhudilərin, xristianların və buddistlərin öldürdüyü müsəlman sayı təqribən bu nisbətdə düşünülə bilər!"
Bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili qeyd edib ki, müsəlmanların öldürdüyü müsəlmanların sayı yəhudilərin, buddustlərin və xristianların öldürdüyü saydan qat-qat çoxdur:
"Əgər belədirsə, niyə addımbaşı xristianı, yəhudini və ya buddisti düşmən kimi göstəririk? Elə biz azərbaycanlıların da yaralı yeri bəlkə də budur. Rusiyada qətlə yetirilən azərbaycanlıların əksəriyyətini bu və ya digər səbəbdən öz azərbaycanlımız öldürür, ancaq düşmən axtaranda baxışlarımız rusun, erməninin üzərinə dikilir. 1978-ci ilin İranına, Səddam dövrü və sonrakı İraqa, Bəşər Əsadın Suriyasına, Qəddafi sonrası Liviyaya, Pakistana, Əfqanıstana, Nigeriyaya baxın, məsciddə namaz qılarkən terror törədən müsəlmanlardırsa, o zaman kənarda düşmən axtarmaq yerinə, müsəlmanın içindəki qatıllik virusunu zərərsizləşdirmək barədə düşünmək daha doğru olmazdımı?"