Siyasət
Prezident İlham Əliyev Qüds üçün fövqəladə iclasa çağırıldı – VİDEO
İstanbulda Qüds başlığı altında iki əhəmiyyətli görüş keçiriləcək. Bu görüşlərdən biri İslam İşbirliyi Təşkilatının fövqəladə iclası, digəri isə Yenikapıdakı mitinqdir. Türkiyədə ilk olaraq “Fələstin xalqına dəstək” mitinqi keçiriləcək. Sonra İslam İşbirliyi Təşkilatı Qüdslə bağlı toplaşacaq. Amerikanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsiylə bağlı bir çox mesajlar veriləcək. Çoxlu sayda səlahiyyətli şəxslərin dəstək verdiyi mitinqə Fələstin lideri Mahmud Abbas da qatılacaq.
Arkanzas ştatının paytaxtında Azərbaycan Günü bəyan edildi
Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərinin meri Mark Stodola Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə vermişdir. Olaylar.az bildirir ki, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.
Leyla Əliyeva babasına həsr olunan tədbirdə - Fotolar
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri “Şərəf” medalı ilə təltif olunublar
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 25 illik yubileyi münasibətilə təsis olunan “Şərəf” medalı ilə təltif olunublar.
Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə planlaşdırır?
İlham Əliyev Naxçıvana 15 milyon manat ayırdı
"Heç kəs Azərbaycanı Avropa Şurasından uzaqlaşdıra bilməz"
“AŞPA-nın tərkibində İstintaq Qrupu yaradılıb. Bizim buna münasibətimiz mənfi olmuşdu. Həmin qrup hesabatını açıqladı, orada olanların 99 faizi Azərbaycanla bağlı idi. Orada gedən proseslər şəffaf deyil”.
"Naxçıvandakı uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər"
Naxçıvanda yerləşdirilmiş uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Bunu Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
“Susmayın, mövqeyinizi ortaya qoyun!” — Siyavuş Novruzovdan deputatlara MÜRACİƏT
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Avropada mühacir həyatı yaşayan "hüquq müdafiəçisi" Vidadi İsgəndərlinin təhqir dolu fikirlərilə əlaqədar deputat həmkarlarına çağırış edib.
Döyüş atışlı taktiki təlimləri keçirilib
Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.
Şəxsi maraqları üçün vətəni satmağa hazır olanlar
Füzulidə top mərmisi tapılıb - FOTO
Füzuli rayonunun Böyük Bəhmənli kəndində su nasosu stansiyasının yaxınlığında 1 ədəd yanmış top mərmisi aşkar olunub.
İsraildən Türkiyəyə qarşı ERMƏNİ HƏMLƏSİ
ABŞ-ın səfirliyini Qüdsə köçürdüyü gün İsrail ordusunun Qəzzada etiraz aksiyası keçirən fələstinlilərə atəş açmasından sonra Ankara-Təl-Əviv münasibətlərindəki gərginlik daha da artır.
“Paşinyanın səsləndirdiyi fikirlərin bəziləri sensasiyadır”
2018-ci il üçün Azərbaycanda əmək miqrasiya kvotası müəyyən olunub
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti yaşamaq üçün icazələrin verilməsi” mövzusunda təlim keçirilib.














