Qazaxıstanda hüzn günü: 85-88 il əvvəlki sürgün, repressiya, aclıq fəlakəti unudulmur
31 May 2018 09:23 SiyasətBu gün Qazaxıstanda siyasi zülm-sürgünlər və aclıq faciəsi qurbanlarını anma günüdür.İTV-nin Astanada çalışan müxbirinin verdiyi xəbərə görə, bu tarix Qazaxıstanda hüznlə qeyd olunur. XX əsrin 30-cu illərində aclıqdan ən çox Qazaxıstan əziyyət çəkib. Rəsmi məlumatlara görə, 1931-33-cü illərdə aclıqdan ölən qazaxların sayı 4 milyon 68 min nəfərə çatıb.Qeyri-rəsmi mənbələr isə itkilərin hətta 6 milyona çatdığını qeyd edir. Hesablamalara görə, 1932-34-cü illərdə baş verən proseslərdə SSRİ-də ən azı 8.7 milyon insan ölüb.
Aclıqdan başqa, sovet hakimiyyəti müsəlman-türkləri repressiya və deportasiyaya da məruz qoyub. Bütün bu proseslər nəticəsində milyonlarla türk, tatar, başqırd, azərbaycanlı, qazax və SSRİ-nin digər türkdilli xalqları da həlak olub. Axıska türkləri Sibir və Orta Asiyaya, Krım tatarları isə öz növbəsində sovet imperiyasının ən ucqar guşələrinə - Sibirə, Uzaq Şərqə deportasiya olunublar.Musavat.com