Millət vəkili: “Paşinyan hələ də meydan ab-havasındadır"
“Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüşü baş tuta bilər”.
31 May 2018 12:08 Siyasət"Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüşü baş tuta bilər".
Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir və hər zaman bu kimi görüşlərin təşkil olunmasına təşəbbüs göstərir: "Eyni zamanda Rusiyanın Cənubi Qafqaz regionuna nəzarəti hələ də güclüdür. Xüsusilə də indiki Ermənistan dövləti həm siyasi, həm də iqtisadi cəhətdən Rusiyanın nəzarəti altında olub və bu yəqinki gələcəkdə də belə olacaq. Görüşün keçirilməsində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq.
Mən arzu edərdim ki, rəsmi Moskva Ermənistanın yeni baş naziri Nikol Paşinyanı başa salsın ki, bu problemin yeganə bir yolu var o da Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Burada başqa heç bir fikirdən danışmağa dəyməz. Təbii ki, Rusiya və Ermənistan da bunu bilir. Amma inanmıramki, görüşdə hansısa nəticəyə gəlinsin. Çünki Paşinyan hələ də meydan ab-havasındadır. Bugünkü Ermənistanda Paşinyanın dediklərini etmək qeyri-mümkündür. Hər halda görüşün keçirilməsi müsbət addımdır".
Qeyd edək ki, son günlər Ermənistan mətbuatında Rusiya, Ermənistan və Azərbaycanın dövlət başçılarının üçtərəfli formatda görüş keçirəcəklərinə dair xəbərlər yayılıb. Rusiyalı politoloq Maksim Mayorov isə bildirib ki, üçtərəfli görüş bu il ərzində baş tutacaq.