Gürcüstan odla oynayır
31 May 2018 12:10 SiyasətPaşinyanın Cavaxetiya erməniləri ilə görüşü nəyə hesablanıb?
Ermənistanda yeni formalaşmaqda olan hökumətin və baş nazir Nikol Paşinyanın da əsas hədəfi deyəsən Azərbaycanla Gürcüstan arasında münasibətlərə zərbə vurmaq, iki ölkə arasında ildən-ilə güclənən ikitərəfli əlaqələri pozmaq və bundan öz məqsədi üçün istifadə etməkdir. Ümumiyyətlə, işğalçı ölkənin bir qayda olaraq çalışdığı üç məqam olub ki, bu da Türkiyə, Rusiya və Gürcüstan amilidir. Dəfələrlə İrəvan həm Ankara, həm Moskva, həm də Tiflis ilə Bakı arasında münasibətlərə zərbə vurmağa çalışan gedişlər, manevrlər edib. Hər dəfə Ermənistanın bu gedişlərinin uğursuzluqla sonuclanmasına baxmayaraq günümüzdə də İrəvan öz məkirli planlarını davam etdirir. Bu dəfə isə deyəsən daha geniş hədəf götürülüb. Belə ki, Ermənistanın Azərbaycanla Gürcüstan arasında münasibətlərə zərbə vurmaq cəhdi eyni zamanda rəsmi Tiflisin özünün də dolayı yolla Abxaziya və Osetiya separatçılarını tanımağa hesablanıb. Söhbət Gürcüstandakı separatçı rejimlərdən keçərək Ermənistana qədər uzanan dəmir yolu xəttinin bərpasından gedir. Bu məsələdə Moskvanın də dəstəyini qazanan İrəvan artıq qeyd edilən istiqamətdə ciddi hərəkətə keçib. Elə bu günlərdə Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri də məhz buna hesablanıb desək yanılmarıq. Bir sözlə İrəvan hiyləgər planı ilə həm Azərbaycanla Gürcüstan arasında münasibətlərə zərbə vurmağa çalışır, həm də elə Tiflisin öz əli ilə onun özünü vurur. Ən əsası separatizmə Tiflisdən də dəstək almış olur. Təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri və orada müzakirə edilən məsələlər, xüsusilə Abxaziya dəmir yolu cətinin açılması mümkünlüyü ilə bağlı öz fikirlərini ifadə edib. Politoloq Gürcüstanın bu addımını Azərbaycanın maraqlarına zərbə kimi qiymətləndirib: "Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana yola düşüb. Bu onun baş nazir qismində ilk xarici səfəri sayıla bilər. O baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara "ürək-dirək" verdi. Nikol Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Ermənistanın baş naziri Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki gün çəkəcək". Politoloqun fikirincə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tiflisin icazəsinə nail olmaqdır: "Nikol Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir". Elxan Şahinoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Tiflisə səfərinin başqa məqsədi də var: "Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Nikol Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu hədəfə daha tez nail olub.Nikol Paşinyan Tiflisdən sonra ermənilərin yaşadığı Cavahetiya bölgəsinə də gedəcək. Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavahetiyaya getməyib və ya gedə bilməyib. Görəsən Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatizmini növbəti dalğasına yol aça bilər?
Tiflis odla oynayır. Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək. Paşinyana Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından qoparacağını düşünür. Ancaq bu o zaman baş verəcək ki, NikolPaşinyanın özü Rusiyadan qopmağı istəsin".
Elxan Şahinoğlu onu da qeyd edib ki, hazırda əsl balans siyasətini Tiflis həyatakeçirir: "Hələ iki gün əvvəl Gürcüstanın baş naziri Azərbaycanın Tiflisdəki səfirliyinə gələrək Cümhuriyyət bayramımıza qatılmış və nitqində iki ölkə arasındakı münasibətlərbarə də ən yüksək sözləri demişdi. İki gün sonra isə Gürcüstanın baş naziri eyn isözləri Nikol PaşinyanlaTiflisdəki görüşündə Ermənistanın ünvanına söyləyib. Gürcüstan kreditlər və enerji təminatı məsələlərində Azərbaycandan asılı olsa da, Azərbaycana və Ermənistana eyni gözlə baxmağa çalışır. Başqa dövlətlər də oxşar siyasət yürüdür və bu xoşumuza gəlməsə də normal qarşılayırıq. Ancaq Gürcüstan bu dövlətlərin heç birinə bənzəmir. Birincisi, Ermənistan rəsmiləri heç zaman "Abxaziya və Cənubi Osetiya Gürcüstan ərazisidir" və "Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik" açıqlamasını dilə gətirməzlər. İkincisi, Rusiyanın Ermənistandakı hərbi varlığı Azərbaycanla yanaşı Gürcüstana da real təhdiddir. Üçüncüsü, Gürcüstan Azərbaycan və Ermənistanla yaxşı münasibətləri qorumasına rəğmən, heç zaman Dağlıq Qarabağ münaqişəsinin həllində quruca sözlə də olsa "tərəflərin istəyi əsasında vasitəçi olmağa hazıram və bunun üçün Tiflisdə görüşlər təşkil edə bilərik" təşəbbüsüylə də çıxış etmədi. Halbuki, əgər Nikol Paşinyan Gürcüstanla əməkdaşlığı xarici siyasətinin əhəng daşı hesab edirsə, Tiflis bölgədə barışın əldə olunması üçün fəallığını artıra bilər. Bunun üçün Nikol Paşinyana bəzi vacib məsələləri anlatmaq lazımdır".
Süleyman