Komitə sədri: “Ölkədə vergi yığımı bazası genişlənə bilər”

“Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Vergidən azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir". “ Olaylar” xəbər verir ki, bunu “Dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə məlumar verən Milli Məclsin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

"Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var. Vergidən azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir". "

Olaylar" xəbər verir ki, bunu "Dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi barədə məlumar verən Milli Məclsin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Komitə sədri qeyd edib ki, bunun nəticəsində vergi yığımı bazası genişlənə bilər: "Hazırda bəzi sahələr var ki, bugünki mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldıra bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər. Bizdə yeni iqtisadiyyat qurulur. Sənayeləşməni uğurla aparırıq. Bunun üçün də azadolma olmalıdır. Lakin burada əsas məsələ əhalinin sosial rifahı və yeni avdanlıqlar olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31