Siyasət

Faiq Ələkbərli: “Bakının qurtuluş günü ilə bağlı filmlərin, serialların çəkilməsi də vacibdir”

14 Sentyabr 2018 14:09

“15 sentyabr Bakının qurtuluş günü, Azərbaycan xalqının tarixində öz yerini təsdiq etmiş bir tarixdir. Bu günün əhəmiyyəti xalq arasında hər il daha da dərindən dərk edilməkdədir. Azərbaycan xalqı, o cümlədən Bakı əhalisi 15 sentyabr 1918-ci ildə hansı müsibətdən xilas olduğunu daha aydın şəkildə dərk etdikcə, bu günə olan münasibətdə də yüksək düşüncələr ortaya qoymaqdadır”.