Qüdrət Həsənquliyev: “İşğalçı Ermənistanın arxasında xarici dövlətlər dayanır”
1 Oktyabr 2018 14:20 Siyasət"İşğal altında olan rayonlarmızda bir sıra xarici ölkə şirkətləri tərəfindən fəal iş aparılır, məktəblər tikilir və sairə. Hesab edirəm ki, bununla bağlı qanunvericilikdə düzəlişlər etməliyik".
Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.
Deputat deyib ki, indi işğalçı Ermənistanın arxasında dayananlar da məhz bir sıra xarici ölkələrdir:
"Bu gün işğalçı Ermənistanın arxasında Rusiya dayanır. Bu heç kəsə sirr deyil. Rusiya ilə yanaşı, bir sıra dövlətlər də işğalçı Ermənistana dəstəklər verir. Mən bunu dəfələrlə bəyan etmişəm. Bütün bunlara görə də işğal altında olan rayonlarla bağlı müvafiq qanunlar qəbul edilməlidir".
Q.Həsənquliyev həmçinin qeyd edib ki, bir çox restoranlarda müştərilərə təklif olunan yemıklərlə bağlı seçim imkanı yaradılmır:
"Restoranlarda gətirib yemək-içmək təklif edilir, deyirsən ki, bunları istəmirəm. Restoranlar buna razı olmurlar. Nəticədə müştəri seçim edə bilmir. Bu doğru deyil. Yəni, bir çox restoranlar məcburi şəkildə yeməklər təklif edirlər. Bu problem aradan qaldırılmalıdır".
Ölkə.Az