Vahid Əhmədov: “Əks təqdirdə insanlar əmanətlərini banklardan çəkə bilərlər”

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında çıxış edərkən vaxtilə Əmanətlərin sığortalanması haqqında qanunun qəbul olunduğunu xatırlatdı. "Çox təəssüflər olsun ki, hazırda bank sistemində vəziyyət o qədər də ürəkaçan deyil. Ona görə də xahiş edirəm ki, əmanətlərin sığortalanmasını nəzərdə tutan qanunun müddəti uzadılsın. Bu gün 8,4 milyard manata yaxın əmanətlərin 50 faizi 3 illiyinə sığortalanıb. Əks təqdirdə insanlar əmanətlərini banklardan çəkə bilərlər".

V.Əhmədov ardınca bildirdi ki, dollar kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərar qəbul etməsindən sonra vətəndaşlara güzəştlərin edilməsi mümkünsüz olur: "Ona görə də cənab prezidentdən xahiş edirəm ki, xarici valyuta ilə bağlı kreditlər məsələsinə aydınlıq gətirilsin və hökumət bununla bağlı addımlar atsın".

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31