“Bu, Azərbaycanın dünya miqyasında böyük siyasi nüfuza malik olmasını göstərir” - AÇIQLAMA

"Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Bakıya işgüzar səfəri Azərbaycan və Rusiya münasibətlərində yüksək inkişafın olmasını göstərir".

Bunu millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, belə ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin 2018-ci ildə 34% artması və bu artımın davam etməsi Azərbaycan iqtisadiyyatının güclənməsi, qeyri neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsullarının eksportunun inkişafı deməkdir: "Qısa müddət ərzində Azərbaycan ilə Rusiya prezidentlərinin 4-cü dəfə görməsi münasibətlərin strateji səviyyədə olmasını göstərir İki dövlətin iqtisadiyyatına qoyulan investisiyalar, hərbi sahədə əməkdaşlıq, mədəniyyət və turizm sahəsi ilə baglı bir çox sazişlərin imzalanması Azərbaycanın MDB dövlətləri arasında o cümlədən, dünya miqyasında böyük siyasi nüfuza malik olmasını göstərir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31