Siyasət
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Qələbə 2783 Şəhidimizin qanı ilə qazanıldı - bir ömür onlara borcluyuq!
Fikrət Məmmədov xarici həmkarlarına yeni müraciət ünvanlayıb
“Siyasi partiyalar haqqında” qanunun yeni layihəsi hazırlanır
Zəfər Gününün tarixi dəyişdi - 8 Noyabr
Zabitlər də təxris olunacaqlar
Ermənistan üçün yeganə yol Azərbaycanla dinc qonşuluq şəraitində yaşamaq olacaq
Qloballaşmanın iflası: Yeni ittifaqa və diasporla işə çağırış
Laçının Hüsülü və Malıbəy kəndləri - VİDEO
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
Azərbaycanın ilk gündən koronavirus pandemiyasına qarşı həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi
«Hazırda dünya COVID-19-un ikinci dalğasını daha ağır şəkildə yaşayır. Virusa yoluxma və ölüm hallarının statistikası həyəcan təbili çalır. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyev dünyaya bu mesajı ünvanladı ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Təcrübə mübadiləsi, səylərin birləşdirilməsi nəticəsində bu virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə, ən əsası ölüm hallarının qarşısının alınmasına nail olmaq mümkündür. Təbii ki, əsas olan başlanğıc mərhələnin düzgün seçilməsi, özünütəcridi özünəqapanma ilə eyniləşdirməyərək birgə müzakirələr əsasında çıxış yollarını axtarmaq idi. Azərbaycanın ilk gündən koronavirus pandemiyasına qarşı istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirildi. Bu proqnoz səsləndirildi ki, Azərbaycan COVID-19-la mübarizədən az itki ilə çıxan ölkələr sırasında olacaq. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi, bir-birinə əks qütbləri pandemiyaya qarşı mübarizə əsasında bir araya gətirməsi, 30-dan artıq ölkəyə humanitar yardım göstərməsi və sair kimi addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinə və roluna yeni dividendlər qazandırdı.»
.jpg)


.jpg)










