Siyasət

Beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik

26 Noyabr 2020 10:50

“ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olan Fransa ikinci Qarabağ müharibəsi başlayandan bəri neytral mövqe nümayiş etdirmək əvəzinə, işğalçı Ermənistanın maraqlarından çıxış edir və əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. Bu isə birbaşa həmsədr ölkə kimi qeyri-obyektiv və tərəfli vasitəçilik missiyasının bariz nümunəsidir. Bununla da Fransa bir daha işğalçılığa və separatizmə dəstək verir”.

Səfir Braziliyanın Deputatlar Palatasının Prezidenti ilə görüşdü

26 Noyabr 2020 10:34

Braziliyanın Deputatlar Palatasının Prezidenti cənab Rodriqo Maya səfir Elxan Poluxovu qəbul edib. Olaylar.az bildirir ki, görüş zamanı E.Poluxov sentyabr- noyabr aylarında Azərbaycan Silahlı qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalından azad olunduğu haqqında məlumat vermişdir. Bildirilmişdir ki, azad olunmuş torpaqlarda olan bütün yaşayış məntəqələr və infrastruktur dağıdıldığından, ölkə rəhbəri Prezident İlham Əliyevin tapşırığı əsasında orada genişmiqyaslı bərpa işləri başlanılıb və davam etdirilir.