Paşinyanın məqsədi Ermənistanı rusların caynağından qoparıb Qərbə aparmaqdır- MÖVQE
Ermənistanda yenə revanşist fikirlər baş qaldırmaqdadır. 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxarmayan bəzi erməni siyasiləri, eyni zamanda rəsmi şəxsləri müntəzəm olaraq təxribatçı fikirlər səsləndirib, addımlar ataraq Azərbaycanın adekvat addım atması, bununla da Qarabağda yeni bir gərginliyin yaranmasına çalışırlar.
28 Yanvar 2021 12:07 SiyasətO, bu yolda balaca Ermənistanın bir hissəsini də itirməyə hazırdır
Ermənistanda yenə revanşist fikirlər baş qaldırmaqdadır. 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxarmayan bəzi erməni siyasiləri, eyni zamanda rəsmi şəxsləri müntəzəm olaraq təxribatçı fikirlər səsləndirib, addımlar ataraq Azərbaycanın adekvat addım atması, bununla da Qarabağda yeni bir gərginliyin yaranmasına çalışırlar.
Düşmən ölkədə revanşist ideyalar, fikirlərlə çıxış edənləri əsasən iki hissəyə bölmək olar. Birincisi, baş nazir Nikol Paşinyanın kreslosuna bir neçə ildir ki, göz dikib, hakimiyyəti ələ keçirmək niyyətində olan siyasi müxalifət, ikincisi özünü hələ də Dağlıq Qarabağın "prezidenti" sayan Araik Arutunyan və onun yaxın ətrafı.
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlunun sözlərinə görə, bu günlərdə özünü qondarma "arsax respublikası"nın qondarma "prezidenti" hesab edən cinayətkar Arayik Arutyanyan deyib ki, "arsax" heç bir zaman Azərbaycanın tərkibində olmayacaq. Partiya sədri hesab edir ki, Rusiya "sülhməramlılarına" arxalanan bu "arxalı köpək" özünü elə köpək kimi aparır: "Demək olar ki, hər gün üzünü Azərbaycan tərəfə tutaraq hürməkdə davam edir. Görünür bu köpəyin səsi "sülhməramlıların" xoşuna gəlir. Yəqin ona görə ki, arayikin hürməsinin mətnini və musiqisini elə "sülhməramlılar" yazır və dirijorluğunu da elə onlar edir. Yoxsa Yətən Müharibəsi zamanı Azərbaycan əsgərinin qorxusundan girməyə siçan deşiyi axtaran bu köpək hürməyə cəsarət etməz və meydan sulamazdı". Teyyub Qənioğlunun qənaətincə, "sülhməramlıların" (əslində özlərini işğalçı kimi aparanların) hərtərəfli dəstəyinə arxalanaq və 10 noyabr razılaşmasının ziddinə olaraq hələ də Dağlıq Qarabağda sülənən ermənilər o qədər həyasızlaşmışlar ki, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı həyata keçirmiş Qaregin Njdeyə heykəl ucaltmağa cəsarət ediblər: "Məlumdur ki, Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunmuşdu. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölmüşdü. Bunu nəzərə alan Rusiya bu faşist cəlladına Ermənistanda 6 metrlik abidə ucaldılmasına etiraz etmiş və onun sökülməsini tələb etsə də, ermənilər buna məhəl qoymurlar. Bəs necə olur ki, "sülhməramlıların" faktiki olaraq ağalıq etdiyi ərazidə ermənilər bu faşistə abidə ucaldırlar? Rusiya "sülhməramlılarının" erməni faşistlərinin bu əməlindən bixəbər olduğuna kim inana bilər? Görünür "sülhməramlıların" bəzi komandirlərinin ermənilərə və faşistlərə sevgisi onların Rusiya dövlətinin rəsmi mövqeyini heçə saymayacaq qədər güclüdür! Erməni faşistlərinin son davranışları, hərəkətləri göstərir ki, onların Dağlıq Qarabağdan iti qovan kimi qovulmalarının vaxtı çoxdan çatmışdır! Əgər "sülhməramlılar" bunu etmək istəmirlərsə, söz Azərbaycan əsgərinindir".
Ekspert Fikrət Yusifovun sözlərinə görə isə ən yaxşı erməni elə Paşinyan imiş: "Bu adam tərəfimizdən nə qədər döyülsə də söyülsə də olan budur ki, o, bizə torpaqlarımızı qısa zamanda qaytarmağımızın yolunu açdı - bizi müharibəyə təhrik etdi. Yoxsa sülh danışıqları hələ bir otuz il də davam edə bilərdi. Müharibəni uduzmasına və bu səbəbdən Putinin dur deməsinə baxmayaraq, Paşinyan durmadı və bunun əvəzində Hadrutu, Şuşanı və başqa əraziləri də uduzdu. Paşinyan bu ağır, aşağılayıcı məğlubiyyətlə Ermənistanı bir dövlət kimi yerlə yeksan etdi. Təslim olduqdan sonra isə bizə on illər boyu ermənilərin əlmizdən aldıqları digər sərhədlərimizdəki torpaqlarımızı qaytarmaqda yardımçı oldu. Məğlubiyyət ardından məğlubiyyət yaşadığından bağıraraq Qarabağdan kənarda yerləşən dədə-baba torpaqlarımızın qaytarılmasına etiraz edən ermənilərin cavabını verib, onlara dedi ki, bu torpaqlar sizin deyil, Azərbaycanındır. Parlamentdə Şuşa davası döyənlərə isə dedi ki, Suşa sizin deyil, orada yaşayanların böyük əksəriyyəti azərbaycanlılar idi, bu səbəbdən də Şuşa Azərbaycana məxsusdur".
Fikrət Yusifov deyib ki, Dağlıq Qarabağın muxtariyyat statusu ləğv edilsə də Şuşa keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazi bölgüsünə daxil idi - yəni ermənilərin Şuşa ilə bağlı "əl tutan" yerləri var idi: "Daha bu adamdan biz nə istəyirik ki? O, bir az da hakimiyyətdə qalsa, hələ bizə çox itirdiklərimizi qaytarmaqda kömək edəcək. Odur ki, biz Paşinyanı mütləq dəstəkləməliyik. Bir anlıq təsəvvür edin - Putin Ermənistana gedərkən türmədə ziyarət etdiyi yaxın dostu-qardaşı, türk cəlladı Koçaryanı Paşinyanın yerinə gətirir. Bilirsiniz onda nə olar? Yəqin hər birimiz bunun fərqindəyik. Ona görə Paşinyandan yaxşı erməni yoxdur deyəndə məni qınamayın. Ermənin yaxşısı yoxdur, olmur və heç vaxt olmayacaq. Ancaq bu düzəndə Paşinyan bizim üçün yaxşı erməni rolundadır. Hiss edirəm ki, onun ali məqsədi Ermənistanı rusların caynağından qoparıb Qərbə aparmaqdır. O bu yolda nəinki Qarabağı, hətta balaca Ermənistanın bir hissəsini də itirməyə hazırdır. Onun bu arzusunun reallaşması nə qədər qeyri-mümkün görünsə də hesab edirəm ki, Paşinyanın bir siyasətçi kimi yaxşı duyumu var. Heç şübhəsiz, elə bu duyum ona Rusiyada baş verən son olayları öncədən hiss etməyə imkan verib. Bölgədə geosiyasət dəyişir və bütövlükdə dünyanın düzəni dəyişir. Gəlin tələsməyək. İndi gözlə görünməsi mümkün olmayan böyük oyunlar hələ qabaqdadır. Rusiyanın caynağından qopacaq Ermənistanı isə türklər idarə edəcəkdir. Onlar buna məhkumdurlar. Qaçacaq yerləri yoxdur".
Süleyman
Olaylar.az