Türkiyə səfiri Türk şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət etdi (FOTO)

Türkiyənin müstəqilliyinin 91-ci ildönümü münasibəti Bakıda mərasim baş tutub

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türk şəhidliyini və Şəhidlər Xiyabanını ziyarət edib.ANS PRESS-in Türkiyənin Azərbaycandakı Səfirliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin müstəqilliyinin 91-ci ildönümü münasibəti mərasim baş tutub.Səfir və digər rəsmilər birlikdə Türk Şəhidliyində olublar, burada şəhidlərin xatirəsi yad edilib. Səfir Alper Coşqun Türkiyə Cumhuriyyətinin müstəqillik günü münasibəti ilə bunları deyib: "Türkiyə Cumhuriyyəti 91 yaşındadır! Mübarək olsun!! Atamızı, silah yoldaşlarını, bütün şəhid və qazilərimizi hörmətlə xatırlayıram".Türkiyə Cumhuriyyəti küllərindən doğulub. Azərbaycanla qardaşlığımız, tarixən gələn tale birliyimiz bu dönəmdə daha da möhkəmlənib. Azərbaycanla əl-ələ uğurlu bir gələcəyə doğru getməyə davam edəcəyik".Həmçinin Şəhidlər Xiyabanında da olan rəsmilər şəhid məzarları önünə gül dəstələri qoyublar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00