İlham Əliyev: İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisədir

İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisə və böyük şərəfdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib. Dövlət başçısı bildirib: "Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq". Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən vacib prioritet istiqamətlərdən biri təhsildir: "Biz ölkədə demək olar ki, yüz faiz savadlılığın təmin olunmasına görə qürur duyuruq. Gənclər siyasətinə gəldikdə, Azərbaycanda möhkəm qanunvericilik bazası mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00