“Frans Press”: “Prezidentlərin Paris görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidləri artırdı”
29 Oktyabr 2014 12:47 SiyasətFransanın "Frans Press" İnformasiya Agaentliyi Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən yazıb. Mənbə yazır ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərə yeni təkliflər təqdim etdiyi vaxt Fransa Prezidenti Fransua Ollanda Azərbaycan və Ermənistan dövlət başçılarını qəbul etdi: "20 ildir ki, Dağlıq Qarabağ üzərində qan tökülür. Silahlı qarşıdurmaların və regionda qalxan təzyiqlərin aşağı salınması üçün belə görüşlərin əhəmiyyəti böyükdür. Məsələnin müzakirə yolu ilə həll olunması daha məqsədəuyğundur. Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin müsbət nəticə verəcəyinə inanır. Prezident Olland da həll prosesində irəliləyişin olması üçün bu cür görüşlərə ümid edir. Birdən-birə nəticə almaq mümkün deyil, amma son görüş ümidləri artırdı". "Frans Press" eyni zamanda Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin Azərbaycan və Ermənistana səfərini də xatırladıb. ("OLAYLAR" İA)