Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü dəyərləndirdi

Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü irəliyə doğru çox müsbət addımdır. Bu barədə Trend-ə eksklüziv açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib. M.Mard qeyd edib ki, bu cür yüksəksəviyyəli görüşlərin keçirilməsi status-kvonun dəyişməsi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün olduqca vacibdir. Onun fikrincə, Azərbaycan və Ermənistan arasında bu cür yüksəksəviyyəli görüşlərin gələcəkdə də davam etdirilməsi vacibdir. Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00