YAP-ın 15 mindən artıq namizədi olacaq

"Yeni Azərbaycan Partiyası ölkədə bütün bələdiyyələrə öz namizədlərini irəli sürmək niyyətindədir. Bu isə 15035 namizəd deməkdir". "OLAYLAR"-ın xəbərinə görə, hakim partiyanın mətbuat xidmətinin yaydığı məlumatda belə qeyd olunur. Bildirilir ki, 2014-cü ildə bələdiyyələrə irəli sürülən namizədlər arasında gənclərin və qadınların sayı əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha çox olması qərara alınıb: "Yeni Azərbaycan Partiyası əminliklə ifadə edir ki, partiyanın bütün namizədləri, o cümlədən gənc və qadın namizədləri uğurlu seçki kampaniyası apara biləcək və bu dəfə də ölkə bələdiyyələrində sözügedən demoqrafik qrupların daha geniş şəkildə təmsil olunmasına layiqli töhfə verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00