Polisin səlahiyyəti artırıldı
28 Oktyabr 2014 14:40 SiyasətMilli Məclis "Polis haqqında" qanuna əlavələr edib. Qanun layihəsi barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, polis əməkdaşı müstəsna hallarda xüsusi vasitələrdən istifadə edə bilər: "Bura rezin güllələr, su şırnaqları, rezin dəyənəklər, gözyaşardıcı qazdan istifadə edə bilər. Eyni zamanda insan anatomiyasına qarşı olan vasitələrin istifadə edilməsi qadağandır. Eləcədə ABŞ, İsrail, Sinqapur, Malaziya və digər inkişaf edən ölkələrdə polisə elektro şopdan istifadəyə icazə verilir. Dəyişiklikdə polisin elektroşopdan hansı zaman istifadə etdiyi bildirilir. Bu insan sağlamlığına ziyan vurulduqda, silahlı müqavimət göstərdikdə, qiyamlarda, barəsində həsbqətimkan tədbiri seçilən, ömürlük həbs edilən şəxslərin həbsdən qaçmaq istəyi zaman istifadə edilə bilər. Hesab edirəm ki, xüsusi vasitələrdən istifadənin əsas meyarı adekvatlıqdır. Bu Avropa insan haqları məhkəməsinin qərarında da bu məsələ var. Bu dəyişiklik həm insanların, həm də polis əməkdaşlarını bu cür hallardan qoruyur".