İqbal Ağazadə: “Mənə təminat verin, gedib girovları müdafiə edim”

Milli Məclisin oktyabrın 28-də keçirilən iclasında millət vəkili İqbal Ağazadə ermənilərin Xankəndində "mühakimə etdiyi" kəlbəcərli girovlarla bağlı təklif səsləndirib: "Bu gün hər bir azərbaycanlını Kəlbəcərdə girov götürülən soydaşlarımızın taleyi narahat edir. Bu gün onların müdafiəsi üçün vəkillər tutulmalıdır". Deputat bildirib ki, beynəlxalq təşkilatlar onlarla maraqlanmır. Deputat onu da söyləyib ki, ayrı-ayrı vəkillər tutmaqdansa, onun özü girov həmyerlilərimizi müdafiə edə bilər: "Mən böyük məmnuniyyətlə girovların müdafiəsini öz üzərimə götürərəm. Avropa təsisatları, beynəlxalq qurumlar köməklik etsə, mən onların müdafiəsinə qalxa bilərəm. Milli Məclis də bunu nəzərə alsa, yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00