Girovların müdafiəsi təmin edilməlidir

"Vəkil Bəhruz Məmmədov girovların müdafiə olunması məsələsini üzərinə götürüb. Bəlkə də biz Azərbaycan vəkilinin ora getməsinə qarşı ola bilərik. Ancaq biz Avropada və Rusiyada yaşayan şəxsin ora getməsinə çalışa bilərik". Bunu deyən millət vəkili Fazil Qəzənfəroğlunun sözlərinə görə, bu onların səslərinin dünyaya çatdırılması baxımından vacibdir: "Bununla bağlı Milli Məclis beynəlxalq təşkilatlara, yaxud beynəlxalq aləmdə tanınmış hüquqşünaslara müraciət edə bilərik. Bununla girovların hüquqlarını müdafiə edə bilərik".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00