Ermənistan girovlarla bağlı şou yaradır

"Ermənistanda girov götürülən şəxslərlə bağlı işğal edilən ərazilərdə məhkəmə qurulub. İşğal edilən ərazilərdə məhkəməninin qurulması saxta teatrdır". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, erməni mətbuatı girovların guya etiraf etməyi haqda fikirləri tirajlayırlar: " ATƏT-in Minsk qrupu isə bu məsələdə susur. Ayrı-ayrı şəxslər haqda bəyanat verən həmsədr ölkələrin XİN-i bu əsir götürülən iki vətəndaşımızla bağlı susur. Mən istərdim ki, onlar məsələyə münasibət bildirsinlər". Deputat əlavə edib ki, oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşüb: "Görüşün nəticələri haqqında Fransa tərəfindən bəyanat da yayılıb. Ancaq bəyanatda bu saxta məhkəmə ilə bağlı fikir yer almayıb. Mən ümid edirəm ki, gələcəkdə bu saxta məhkəmə quranların üzərində gerçək məhkəmə qurulacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00