ABŞ ikili standart nümayiş etdirir
28 Oktyabr 2014 12:44 Siyasət"Ukraynadakı seçkilərin mürəkkəbi qurumamış ABŞ onu azad seçkilər adlandırdı. ABŞ elan edib ki, biz çalışacağıq ki, Krım məsələsini Ukraynanın xeyrinə həll edək". Bunu deyən millət vəkill Siyavuş Novruzovun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür, amma bu günə qədər deməyib ki, Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edək: " Amerika son 20 ildə Dağlıq Qarabağla bağlı belə bir bəyanat verməyib. Həm də bizdə keçirilən azad və ədalətli seçkiləri dünya ölkələri qəbul edib. Ancaq hansısa mərkəzlər, erməni lobbilərinin hesabına bizdəki seçkilərin üzərinə kölgə salıblar. Məqsəd odur ki, münaqişə həll edilməsin. Təklif edirəm ki, parlament formatında müraciət edilsin ki, bu dövlətlər ölkələrə eyni gözlə baxsın".