Ermənistan Azərbaycana birgə emal müəssisəsi açmaq təklifi göndərdi

"Ermənistanın 5 müəssisəsi Berd (Tavuş) rayonunda Azərbaycanla emal müəssisəi açmaq istəyir". Ermənistan Parlamentinin İqtisadiyyat Komissiyasının sədri, deputat Vardan Eyvazyan yerli mətbuata açıqlamasında belə deyib. Eyvazyan bildirib ki, müəssisə rəhbərləri artıq məsələ ilə əlaqədar Berd rayonunda toplantı da keçiriblər: "Razılaşma əldə olunsa obyektlər Ermənistan və Azərbaycanın sərhəd kəndlərindən birində açılacaq. Qanun layihəsi erməni işadamları tərəfindən maraqla qarşılanıb". Vardan Eyvazyan bununla sərhəd kəndlərində yaşayan əhalinin işlə təmin olunacağını deyib. Eyvazyanın sözlərinə görə, hökumət hələlik müəsissənin Ermənistan, yoxsa Azərbaycan kəndlərində açmaq barədə qərarını dəqiləşdirməyib. O, Azərbaycan tərəfindən məsələyə münasibət gözlədiklərini də vurğulayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00