Səməd Seyidov Serbiya ilə bağlı məruzə hazırlayacaq
27 Oktyabr 2014 12:57 SiyasətMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə məruzəçisi kimi Belqrada səfər edib. Milli Məclisdən verilən məlumata görə, səfər çərçivəsində Səməd Seyidov ölkə rəhbərliyi , o cümlədən antikorrupsiya agentliyinin direktoru, ombudsman, siyasi partiyaların nümayəndələri, vətəndaş cəmiyyəti və ölkədəki beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirəcək, Serbiyanın Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərin yerinə yetirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparacaq. Səfər oktyabrın 29-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00