XİN başçısı görüşdü

Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndə heyəti Bakıda səfərdədir

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycanda səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Anspress-in məlumatına görə, görüşdə Bakıda keçirilən "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda konfransın əhəmiyyəti qeyd olunub və Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00