KXCP bələdiyyə seçkilərinə hazırlaşır
24 Oktyabr 2014 13:13 SiyasətKXCP-ın İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti qiymətləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Bələdiyyə seçkilərinə hazırlığın artıq başa çatdığı, KXCP-nin bələdiyyə seçkilərində iştirak edəcək yeganə partiya olduğunu, rayon (şəhər) şöbələrinin bu ağırlığı daşımaq üçün ciddi problemlərlə üzləşə biləcəyi qeyd edilib. Partiyanın mərkəzi Seçki Qərargahına, KXCP Təşkilat şöbəsinə rayon (şəhər) şöbələri ilə seçkilərlə bağlı əlaqələrin yüksək səviyyədə qurulması, şöbələri vaxtlı-vaxtında təlimatlarla və zəruri seçki sənədləri ilə təmin etmələri tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00