Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib
16 Oktyabr 2014 14:44 SiyasətOktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin "Dusti" meydanındakı "Tacikistanın milli həmrəyliyi və dirçəlişi" xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00