“Azərbaycan Dağlıq Qarabağı qaytarmağa yaxındır”
Təhmasib Novruzov: “Lukaşenkoya da öz minnətdarlığımızı bildirməliyik ki, bu məsələyə obyektiv yanaşıb”
16 Oktyabr 2014 13:46 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın lehinə irəliləyişlər var". Politoloq Təhmasib Novruzov "Olaylar"-a açıqlamasında belə deyib. O, Azərbaycanın Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərin qaytarılmasına yaxın olduğunu deyib. T.Novruzov qeyd edib ki, Ermənistanın Avrasiya İttifaqına Qarabağsız daxil olmasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də obyektiv mövqeyi unudulmamlıdır. Politoloq hesab edir ki, Ermənistanın Gömrük İttifaqı və Avrasiya Birliyinə işğal altında olan Azərbaycan əraziləri olmadan girməsi, eyni zamanda quruma üzv olan ölkələrin bu məsələyə olan münasibətidir: "Quruma üzv olan ölkələr Azərbaycanın haqqını tanıyırlar. Belorusiya prezidenti Lukaşenkoya da öz minnətdarlığımızı bildirməliyik ki, bu məsələyə obyektiv yanaşıb. Əgər iddia olunduğu kimi Ermənistan hakimiyyətinin də münaqişənin həllindəki mövqeyində yumşalma hiss olunursa, bu Azərbaycanın qələbəsidir. Dünya birliyi Azərbaycanın qətiyyətli mövqeyini görür. Beynəlxalq ictimaiyyət başa düşür ki, Azərbaycan Dağlıq Qarabağdan vaz keçməyəcək". ("OLAYLAR İA")