Prezident Tacikistana gedir
Ölkə başçısı Düşənbədə rəsmi görüşlər keçirəcək
14 Oktyabr 2014 15:43 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Tacikistana rəsmi səfər edəcək. Anspress-in məlumatına görə, bu barədə Tacikistan mətbuatı məlumat yayıb. Ölkə başçısı 15-16 oktyabr tarixlərində Tacikistanın paytaxtı Düşənbədə rəsmi görüşlər keçirəcək. İlham Əliyev Tacikistan dövlət başçısı İmamali Rəhman və ölkənin digər yüksək vəzifəli səlahiyyətliləri ilə bir araya gələcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə ediləcək. Səfər çərçivəsində tərəflər arasında bir sıra ikitərəfli müqavilələrin imzalanması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00