Mustafa Hacıbəyli: Arif Hacılı başqan seçildi deyə, danışmamalıyam”

"Partiyadan gedənlərə görə, məsuliyyət Qubad İbadoğlunun üzərindədir". Müsavat funksioneri Mustafa Hacıbəyli belə bir iddia ilə çıxış edib. M.Hacıbəyli bildirib ki, Q.İbadoğlu seçkinin saxtalaşdırılması iddiası ilə tərəfdarlarını mübarizəyə körükləyib: "Münasibətləri o həddə gətridi ki, artıq özü belə tərəfdarlarının davranışına nəzarət edə bilmir. Yaxud nəzarət edə bilirsə, yenə də məsuliyyət daşyır". M. Hacıbəyli onu Arif Hacılının qardaşı olduğu üçün mövqe bildirməməyə çağıranlara da etiraz edib:  "Arif Hacılı başqan seçildi deyə mən danışmaq hüququmu itirməliyəm? Mən 22 ildir ki, müsavatçıyam, bu partiyaya yüzlərlə yeni üzv gətirmişəm, o cümlədən də Qubad İbadoğlunu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00