Əliyev Şoyqunu qəbul edib
Dövlət başçısı: "Rusiya ilə əməkdaşlıq dinamik inkişaf edir"
13 Oktyabr 2014 18:27 Siyasət"Rusiya ilə əməkdaşlıq dinamik inkişaf edir." ANS PRESS İTAR-TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, Azərbaycanın və Rusiya arasında bütün səviyyələrdə əməkdaşlıq var və hərbi sahə də daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələrdə yaxşı dinamika var.
S.Şoyqu söyləyib ki, bizim üçün bütün sahələrdə əməkdaşlıq çox əhəmiyyətlidir. İki ölkənin hərbi-texniki əməkdaşlığı, onun qiymətləndirilməsi, müasir silah satışı üzrə göstəricilərdə dinamika var və bu, gələcəkdə də davam etdiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00