Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 2-də İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə İSESCO-nun yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Forumda iştirak etməkdən məmnunluğunu bildirən Əbdüləziz bin Osman əl-Tüveycri İSESCO ilə Heydər Əliyev Fondunun birlikdə uğurlu layihələr həyata keçirdiyini dedi. Baş direktor Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESCO-nun irəli sürdüyü təşəbbüsləri dəstəklədiyinə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə də toxunuldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00