Elmar Məmmədyarov və Torbyorn Yaqland Strasburda nələri müzakirə etdilər?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla görüş keçirib. XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, görüş ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar nazir Elmar Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutub. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00