Ermənistan hökuməti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilənin layihəsinə baxır
2 Oktyabr 2014 12:50 SiyasətErmənistan hökuməti cümə axşamı kabinet üzrlərinin bəyənməsi üçün təqdim edilmiş ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına dair müqavilənin layihəsinə baxır. Trend xəbər verir ki, bu barədə "Novosti-Armeniya" yazır. Məsələ artıq oktyabrın 2-də keçiriləcək hökumətin iclasının gündəliyinə daxil edilib. Sentyabrın 26-da Ermənistanın Xarici İşlər Nazirliyi ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilənin layihəsini açıqlayıb. Müqavilənin oktyabrın 10-da Minskdə Aİİ iştirakçısı olan ölkələrin liderlərinin danışıqlarının nəticəsinə görə imzalanması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00