Azay Quliyev: “Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir”

Deputat Azay Quliyev Milli Məclisin sessiyasında çıxışı zamanı deyib ki, Avropa Parlamenti və Avronest haqda fikirlər deməyə əsas yoxdur: "Avropa Parlamenti Şərq Tərəfdaşlıq Proqramını zədələyib. Avronest parlament komitəsinə olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyi və selektr yanaşmasıdır. Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir. Onlar Ermənistana fərqli mövqe tuturlar. Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər". A.Quliyev deyib ki, Azərbaycanda qanunlara riayət edən QHT-lərə heç bir təzyuiq edilmir: "Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda Emil Məmmədovun işinə baxdı və o şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir". "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00