Əli Hüseynli : “QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik”

"Azərbaycan bir tərəfdən Avropa İttifaqına üzv ölkələlə əməkdaşlıq qurur, bir tərəfdən isə ölkəmizə qarşı qərəzli mövqelər nümayiş olunur". Bunu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, bildirib ki, Avropa tərəfindən qəbul olun qərarların arxasında erməni lobbisi var: "Təəssüflər olsun ki, Azərbaycan Avropa ölkələrinə enerji təhlükəsizliyi baxımından verdiyi mövqeyə isə tutarlı cavab ala bilmir. Azərbaycanla bağlı qəbul olunan qərarlar adekvatdır. Ehtiyac var ki, qrantlarla bağlı QHT-lərin maliyyələşdirilməsində qərarlar qəbul olunsun." Komitə sədri əlavə edib ki, onlar o QHT-lərə dəstək verirlər ki, bu qurumlar Qarabağ məsələsini unutdururlar və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər: "İnanmıram ki, Azərbaycanda elə QHT olsun ki, Qarabağ probleminin həllini məhz onlar istədiyi kimi həll olunmasını istəsinlər. Məncə, QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik". "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00