Siyavuş Novruzov: “QHT-lərə gələn maliyyə siyasi partiyalara gedir”
30 Sentyabr 2014 14:08 SiyasətYAP icra katibinin müavini, deputat Siyavuş Novruz Milli Məclisin sessiyasında çıxışı zamanı da beynəlxalq təşkilatları tənqid edib. : "Dünən də Freddom Hause təşkilatı hesabat yayıb. Bu səlahiyyəti ona kim verib? Burdan verilən danoslara əsaslanaraq qeyri-obyektiv hesabat hazırlayır. Məncə, belə hallara qarşı sərt mövqe qoyulmalıdır. Baxın, xarici təşkilatlar deyirlər ki, filankəsləri dərhal azad edin. Bəyəm bunlar girov götürülüb? Hələ istintaq gedir. Bir gözləyin görün nəticə necə olacaq. Bundan savayı QHT-lərə gələn maliyyə bəzən siyasi partiyalara gedir. Bir də görürsünüz ki, hansısa QHT rəhbəri siyasi partiya sədrinin müavinidir. Bu harda görünüb? Fikrimcə, gələcəkdə QHT-lər haqda qanun dəyişməlidir". "OLAYLAR"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00