“Milli Məclisin Avropa Parlamentinin qarşısında öhdəliyi yoxdur”

Oqtay Əsədov: “Biz müstəqil siyasət aparırıq və təzyiqlər buna təsir edə bilməz”

Spiker Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirib. Deyib ki, Azərbaycana qarşı qeyri-obyektiv qətnamə qəbul edib: "Söhbət Avropa Parlamentinin qətnaməsindən gedir. Mən də öz fikirlərimi demək istəyirəm. Bu artıq Avropa Parlamenti tərəfindən adət halını alıb. Say baxımından bu dördüncü qətnamədir. Qətnamələr ayın 18-də qəbul edilib, ayın 20-də TANAP imzalanıb. Ayın 22-də AŞPA prezidenti Bakıya gəlirdi. Biz onların məqsədini başa düşdük. Qətnamənin müəllifləri 46 nəfərdir və onlardan 45-i Azərbaycanda olmayıb, bir nəfər isə Slovakiyanın sabiq xarici işlər naziri olub və onun dövründə Ermənistana təyyarələr satılıb və Azərbaycana isə buna etiraz edilib. Bu Azərbaycana təzyiq etmək üçün qəbul edilib. Azərbaycan bu təzyiqlərə dözəcək. Prezidentin apardığı siyasət effektivdir, Azərbaycan müstəqil siyasət aparır və bu cür addımlar siyasətə təsir edə bilməyəcək. Avropa Parlamentinin qarşısında Azərbaycan parlamentinin heç bir öhdəliyi yoxdur. Biz iki parlamentin arasında münasibətləri inkişaf etdirmək üçün Avronest parlament komitəsi yaratdıq. Ancaq təəssüflər olsun ki, onlar bu komitə çərçivəsində əməkdaşlığı kənara qoyaraq bu cür qətnamələr qəbul edirlər. Fikrimcə, bəyanat hazırlamalıyıq və parlamentin mövqeyini ifadə etməliyik. Sonra vitse-spiker Valeh Əsgərovun rəhbərliyi ilə redaksiya heyəti yaradılıb və deputatlar bəyanat hazırlamaq tapşırılıb. Günün sonunda Avropa Parlamentinə cavab bəyanatı veriləcək. "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00