Milli Məclisin payız sessiyası başlandı
30 Sentyabr 2014 13:26 SiyasətSentyabrın 30-da Milli Məclisin plenar iclası öz işinə başlayıb. Milli Məclisin payız sessiyasının ilk plenar iclası dövlət himninin oxunması ilə açılıb. Spiker Oqtay Əsədov deyib ki, parlament ötən müddətdə effektiv fəaliyyət göstərib, beynəlxalq əlaqələri sürətlə inkişaf edib: "Yaz növbədənkənar sessiyalarda 38 ölkəyə deputatlar səfər ediblər. 40-dan çox xarici ölkə nümayəndəsi Milli Məclisdə səfərdə olub. 6 beynəlxalq forum Milli Məclis xətti ilə Bakıda keçirilib. ATƏT-in 23-cü sessiyasına Bakı ev sahibliyi edib. İndi başlanan sessiyada bir sıra qanunlar müzakirəyə çıxarılacaq. Payız sessiyasında dövlət büdcəsinə baxılacaq. Büdcə zərfi artıq hazırlanıb və yəqin ki, yaxın vaxtlarda parlamentə təqdim ediləcək, komitələrdə müzakirə olunacaq".