Azərbaycanın müstəqilliyinə heç bir təhdid yoxdur

"Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu və əhəmiyyəti artmaqdadır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli səsləndirib. O, bildirib ki, məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur". Millət vəkili son vaxtlar Azərbaycana qarşı bəzi beynəlxalq qurumlar tərəfindən sərgilənən ədalətsiz mövqeyə də münasibət bildirib: "Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycanın artan imicinə zərbə endirmək cəhdləridir və erməni lobbisi tərəfindən dəstəklənən xarici qüvvələrin işidir. Amma buna baxmayaraq, Azərbaycanın müstəqilliyinə heç bir təhdid yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00