Deputatlarımız Qazaxıstana gedəcəklər
30 Sentyabr 2014 11:54 SiyasətMilli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlament Assambleyasının xətti ilə müşahidəçi qismində parlament seçkilərinin gedişini izləmək üçün sentyabrın 30-dan oktyabrın 2-dək Qazaxıstanın Almatı şəhərində səfərdə olacaqlar. MM-dən verilən məlumata görə, deputatlarımız Qazaxıstan Parlamenti Senatına keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, oktyabrın 1-də ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına, demokratik seçki qaydalarına riayət edilməsinə diqqət yetirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00