Sərkisyanın bəyanatı sülh danışıqları prosesini pozur
29 Sentyabr 2014 16:27 SiyasətAzərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti BMT-nin 69-cu sessiyasında Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağın artıq müstəqil dövlət olması və bu məsələnin bitməsi ilə bağlı səsləndirdiyi sərsəm və həyasızlıq həddinə çatan bəyanatına münasibət bildirib. Partiya bu bəyanatın BMT-nın məlum qətnamələrinə və beynəlxalq hüquq normalarına zidd olduğunu qeyd etməklə bu cür çıxışların sülh danışıqlarının pozulması ilə nəticələnə biləcəyini diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00