KXCP bələdiyyə seçkiləri ilə bağlı müraciət qəbul etdi

KXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Tədbir partiyanın rayon (şəhər) şöbə sədrlərinin iştirakı ilə keçirilib. Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. O, partiyanın qarşıdan gələn bələdiyyə seçkilərində iştirakıyla bağlı görülən işlər barədə danışıb. Seçkilərə hazırlıqla bağlı partiyanın rayon (şəhər) şöbələrindən Mərkəzi Seçki Qərargahına daxil olan ümumi vəziyyətlə bağlı müvafiq arayışı Məclis üzvlərinə təqdim edib.  Bəybala Əbil bildirib ki, ötən müddət ərzində bələdiyyə seçkiləri ilə bağlı KXCP rayon (şəhər) şöbələrində müavafiq yığıncaqlar keçirilib. Ali Məclis sədri partiyanın bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətin daha da yüksədilməsinə, eləcə də bu istiqamətdə ictimai fəallığın artırılmasına ehtiyac olduğunu deyib. Sessiyada KXCP sədri Mirmahmud Mirəlioğlu, müavini Xəzər Teyyublu, Azad Şəfiyev, Məhəmməd Məmmədov, Yaqub Babalı, Babək Rəhimov, Loğman Abdullayev, Hacı Faiq, Əlisa Həsənov, Elçin İbrahimli və digərləri çıxış edərək ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın bələdiyyə seçkilərinə hazırlığı ilə bağlı danışıblar. Sessiyada bələdiyyə seçkiləri ilə bağlı müraciət qəbul olunub. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00