Qabil Hüseynli: “Müxalifət ölkədə irimiqyaslı mitinq keçirmək işini bu dəfə də bacarmayacaq”
29 Sentyabr 2014 14:25 SiyasətPolitoloq Qabil Hüseynli Azərbaycan müxalifətinin irimiqyaslı mitinqlər keçirmək barədə verdiyi qərarına münasibət bildirib. Q.Hüseynli "Olaylar"-a açıqlmasında müxalifətin bu səylərinin effekt verməyəcəyi qənaətindədir: "Ölkədə sabitlik hökm sürür. Cəmiyyət daha çox Ermənistanla müharibə üzərində köklənib. Ümumiyyətlə belə qərarlara ehtiyac yoxdur. Əgər keçiricəkləri mintinqlər baş tutacaqsa, keçirsinlər. Zənnimcə, müxalifət bunu bu dəfə də bacarmayacaq. Çünki müxalifətin irimiqyaslı mitinqlər üçün heç bir potensialı yoxdur. Bunun üçün narazı elektorat siyasi inteqrasiyaya getməlidir. Lakin müxalifətin bu imkanı da yoxdur. Təklikdə də müxalifət partiyalarının heç birisi mitinq keçirməyə də qadir deyillər". ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00