“Erməni faşistlərinə elə dərs verməliyik ki...”
Nazir Quliyev: “Bir daha torpaq işğal etmək həvəsinə düşməsinlər”
29 Sentyabr 2014 14:13 Siyasət"Təəssüf ki, qonşuluğumuzda bizim inkişafımızı istəməyən erməni, gürcü və rus dövləti var". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev bildirib ki, çox çətin şərtlər altında müstəqilliyimizi qorumalı və torpaqlarımızı işğaldan azad etməliyik: "Bunun üçün milli birlik çox önəmlidir. Statusundan asılı olmayaraq insanlarımız erməni faşistlərinə qarşı sonuncu və həlledici döyüşə hazır olmalıdır. Bu dəfə erməni faşistlərinə elə dərs verməliyik ki, bir daha torpaq işğal etmək həvəsinə düşməsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00