Millət vəkili Hindistan Milli Konqresinin lideri ilə görüşüb
29 Sentyabr 2014 13:38 SiyasətMillət vəkili Qənirə Paşayeva Hindistana səfəri çərçivəsində bu ölkənin Milli Konqresinin lideri Sonya Qandi ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə iştirak edən Azərbaycanın Hindistandakı fövqaladə və səlahiyyətli səfiri İbrahim Hacıyev Azərbaycan Hindistan münasibətlərinin inkişafına toxunaraq bu münasibətlərin daha da inkişafı üçün böyük potensial olduğunu və əməkdaşlığın gələcəyə doğru daha da genişlənəcəyin deyib və fikir mübadiləsi aparılıb. Millət vəkili ölkəmizin keçdiyi yol, əldə etdiyi uğurlar, Qarabağ münaqişəsi barədə də danışıb. O, Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə dönə bilməməsi və onların çəkdikləri özəlliklə mənəvi əziyyətləri xüsusi vurğulayıb. Hindistan Milli Konqresin lideri Sonya Qandi Azərbaycanla əməkdaşlığın və əlaqələrin daha da inkişafında maraqlı olduqlarını və bütün istiqamətlərdə bunun üçün böyük potensial olduğunu deyib və səylərin artırılmasının vacibliyinə toxunub. Millət vəkili Qənirə Paşayeva Sonya Qandiyə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan "Azərbaycan həqiqətləri" filmləri kataloğunu da təqdim edib.