Deputatlarımız QDİƏT-n tədbirinə qatılıblar
29 Sentyabr 2014 12:23 SiyasətSentyabrın 29-da Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin Hüquqi və siyasi məsələlər komitəsi ilə birgə iclası keçiriləcək. Milli Məclisdən verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları Asəf Hacıyev və Musa Quliyev iştirak edəcəklər. İclasda Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrin parlamentlərinin Qara Dəniz regionunda beynəlxalq sərnişin və yük daşımalarının inkişafında və tənzimlənməsində rolu, həmçinin quruma üzv ölkələrdə kiçik sahibkarlığın inkişafının qanunvericilik dəstəyinin təmin edilməsində parlamentlərin rolu mövzularında fikir mübadiləsi aparılacaqdır. Deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəklər.