İsa Qəmbər "Ginnesin Rekordlar Kitabı"na düşəcək
29 Sentyabr 2014 12:12 Siyasət"Müsavatın 2010-cu ildən bu yana müxtəlif bəhanələr gətirilərək keçirilməyən qurultayı baş tutub. Verilən xəbərlərdən görünür ki, bəzi dəyişikliklər də olub. Amma hamısı texniki xarakter daşıyır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Bildirib ki, partiyanın 2018-ci ildə keçiriləcək seçkidə prezidentliyə namizədi yenə İsa Qəmbərdir: "Beləliklə, əgər ömür vəfa etsə, biz 2019-cu ildə müsavatçıların növbəti "möhtəşəm" qurultayına da şahidlik edəcəyik. Və həmin qurultayda da oyun 2023-cü ildə keçiriləcək prezident seçkisinə namizədin müəyyənləşməsi üzərində qurulacaq. Heç şübhəsiz ki, o adam yenə İsa Qəmbər olacaq. Və beləcə davam edəcək. Ta İsa bəy seçkidə ən çox uduzan siyasətçi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşənə kimi".