Ərdoğan: "Biz Azərbaycanla birlikdə..."

"Biz Azərbaycan başda olmaqla, dost və müttəfiq ölkələrlə birlikdə şərq-qərb enerji dəhlizini böyütdük". "APA-Economics" Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən Dünya İqtisadi Forumunda bildirib.
"Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru xətləri layihələri bu dəhlizin uğurla həyata keçirdiyi iki təməl komponentdir. Türkiyə və Azərbaycan tərəfindən Transanadolu boru xətti layihəsi də, yəni TANAP adı ilə inkişaf etdirilib", - deyə Türkiyə prezidenti qeyd edib. O, həmçinin deyib ki, Türkiyə təbii qaz və yanacaq ehtiyatlarının 3/4 malik bölgə ölkələri ilə Avropada istehlakçı bazarlar arasında olduqca önəmli mövqeyə malikdir: "Bu üstün mövqe Türkiyəyə enerji təhlükəsizliyi sahəsində imkanlarla təqdim etməklə yanaşı, öhdəliklər qarşısında da qoyur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00